19.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 18.11.2021-ci il tarixində 20-Noyabr Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günü ilə əlaqədar olaraq “Uşaq Hüquqları dünyada və Azərbaycanda” başlığı altında söhbət keçirildi. Tədbirdə kitabxananın oxucuları iştirak etdilər.
Söhbəti Uşaq şöbəsiin müdiri Ellada Rəhimova açaraq bildirdi ki, hər ilin 20 oktyabr-20 noyabr tarixi Azərbaycan Respublikasında “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi, onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və dünyada sülhə və azadlığa birlikdə dəstək olmaqdır. 54 maddədən ibarət olan Uşaq hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırıldı.